“Kəpəz”lə ilk tur oyununda qələbə bizi gözləyir”
01.08.2015 - 10:18
“Qələbə qazanmağımıza baxmayaraq, oyun çətin keçdi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nın müdafiəçisi Elvin Bədəlov deyib.
Gənc futbolçu klubunun rəsmi saytına “Antalyaspor” klubu ilə yoxlama oyunu (2:0) haqda fikirlərini açıqlayıb: “Antalyaspor” yaxşı komandadı, güclü oyunçuları, Eto’O kimi ulduz futbolçuları var. Artıq təlim-məşq toplanışını başa vurmaq üzrəyik. İnşallah, “Kəpəz”lə ilk tur oyununda qələbə bizi gözləyir”.
0
0