“Komanda yoldaşlarıma yazığım gəlir” - FOTO
11.07.2014 - 16:10
“Komanda yoldaşlarıma yazığım gəlir” - FOTO

“Həmin epizodda penalti var idi. Amma qırmızı vərəqənin verilməsi həddindən artıq ağır qərar idi”.  Bu sözləri apasport.az saytına açıqlamasında “Tiraspol”un qapıçısı Georgi Georgiyev deyib.

 

Dünən Avropa Liqasının I təsnifat mərhələsində “İnter”ə uduzan moldovalıların çərçivə qoruyucusu oyunun 77-ci dəqiqəsində aldığı qırmızı vərəqədən danışıb.

 

O, həmçinin komanda yoldaşlarının əməyini yerə vurduğu üçün təəssüfləndiyini bildirib: “Hakim sarı vərəqə də verə bilərdi. Amma birbaşa qırmızı vərəqə göstərib məni meydandan qovdu. Lakin artıq bu arxada qalıb. Nəsə deməyim heç nəyi dəyişməyəcək. Sadəcə, komanda yoldaşlarıma yazığım gəlir. Çünki onlar çox əziyyət çəkdilər. Amma bütün əziyyətləri heç oldu. Təəssüflənirəm ki, məhz hər şey o qırmızı vərəqədən sonra əldən getdi”.