“Komandanı kənardan izləmək oynamaqdan da çətindir. Tribunada həyəcanlı anlar yaşadım”. Bunu apasport.az saytına milli komandamızın və “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev deyib.
Dünən “Qəbələ” ilə “Neftçi” arasında keçirilən ölkə kubokunun final görüşünü izləyənlər arasında pəncəsindən zədə aldığı üçün mövsümü erkən tamamlayan Araz Abdullayev də vardı. Yaxınlarda burnundan əməliyyat olunmuş Abdullayev həyəcanlı olduğunu bildirib: “120 dəqiqə futbol oynadılar. Hər 2 komanda çox gözəl oynadı. Amma çox sevinirəm ki, mənsiz də komandamız kuboku götürdü. Bu qələbə münasibəti ilə bütün “Neftçi”sevərləri təbrik edirəm”.
Qeyd edək ki, Araz Abdullayevin yoxluğunda “Neftçi”nin yarımmüdafiəsinin sağ cinahında Samir Məsimov oynayıb. Məhz bu futbolçu 52-ci dəqiqədə hesabı açan futbolçu olub.