“Koper” - “Neftçi” matçının başlanma saatı bilindi
11.07.2014 - 15:51
Avroliqanın II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “Neftçi”nin Sloveniyanın “Koper” klubu ilə keçirəcəyi cavab oyununun başlanma saatına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Koper təmsilçisi ilə cavab matçına iyulun 24-də çıxacaq.
Bu görüş “Bonifika” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Qeyd edək ki, tərəflərin ilk matçı “Bakcell Arena”da baş tutacaq. Bakıdakı matç saat 20:00-da start götürəcək.
0
0