“Krasnodar” - “Qəbələ” matçını izləyəcək azarkeşlərə jest
01.10.2015 - 13:25
“Krasnodar” - “Qəbələ” matçını izləyəcək azarkeşlərə jest

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək “Krasnodar” – “Qəbələ” oyunu ilə əlaqədar Krasnodar şəhərində ümumi nəqliyyat əvvəlkindən artıq işləyəcək. Apasport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, azarkeşlərin stadiondan evlərinə rahat getməsi üçün tramvay və trolleybuslar gecə saatlarında fəaliyyət göstərəcək.

 

Bütün fanatlar stadionu tərk edib, evlərinə çatdıqdan sonra azarkeşləri daşıyan tramvay və trolleybusların həmin marşrutları işini tamamlayacaq.

 

Qeyd edək ki, “Krasnodar” – “Qəbələ” görüşü Bakı vaxtı ilə saat 00:05-də start götürəcək. 

0