“Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Krasnodar” Rusiya Premyer Liqasında son qələbəni qeyri-adi formada qeyd edib. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, XVIII turda “Kuban” üzərində qələbədən sonra futbolçulara içki qonaqlığı verilib.
Derbidə 0:2 hesabı ilə geridə olmasına baxmayaraq, sonda meydançanı (3:2) qalib tərk edən “Krasnodar” oyunçuları soyunub-geyinmə otağından şəkillər çəkdirib sosial şəbəkələrdə paylaşıblar. Ən diqqətçəkən foto isə əcnəbi futbolçuların əllərində pivə şüşə qablarının olmasıdı. Kolumbiyalı yarımmüdafiəçi Rikardo Labordenin paylaşdığı şəkildə komandanın bir neçə oyunçusunun qarşılaşmadan sonra “pivələndiyi” görünür.
Sən demə həmin şüşə qabları oyunçulara komandanın azarkeşləri veriblər. Belə ki, görüşdən sonra futbolçulara yaxınlaşan bir qrup azarkeş “siz bu gün buna layiqsiniz” deyərək, onlara pivə təklif edib.
Qeyd edək ki, Rusiyada qış fasiləsinə yollanan “Krasnodar” ilin son matçını dekabrın 10-da Bakıda “Qəbələ”yə qarşı keçirəcək.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı