“Güclü rəqibə qarşı oynadıq. Matçın ağır keçəcəyini bilirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” ilə yoxlama görüşündən sonra “Kuban”ın futbolçusu Anton Sosnin deyib.
Klubunun rəsmi saytına danışan Sosnin komandasının 2:0 hesablı qələbəsini şərh edib. O, “Qəbələ” üzərindəki qalibiyyətin onlar üçün böyük önəm kəsb etdiklərini bildirib: “Oyunlara təzyiq altında çıxırıq. Çünki məşqlərimiz intensivləşib. Bu mənada, “Qəbələ” üzərindəki qələbə əhəmiyyətlidi. Yaxşı ki, qalib gəldik və ən əsası, qapımızdan top buraxmadıq. Bizi 3 günlük istirahət gözləyir. Bundan sonra yenidən məşqlərə davam edəcəyik. Hazırlığın ikinci mərhələsi daha çətin olacaq”.
Qeyd edək ki, “Kuban” Tkaçov və Baldenin qolları sayəsində “Qəbələ”yə qalib gəlib.