“Kubok oyununda sürprizlər olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu deyib.
Rumıniyalı mütəxəssis Azərbaycan kubokunun 1/8 final mərhələsində I divizion təmsilçisi “Ağsu” üzərində 3:0 hesabı ilə qalib gəlmələrindən danışıb: “Amma şadam ki, komandamız bu gün yaxşı oynadı və mərhələ adladı. Futbolçularımı təbrik edirəm. Lakin biz bu oyunu unutmalı və çempionatdakı oyunlara hazırlaşmalıyıq”.
“Ağsu”nun baş məşqçisi Rüfət Quliyev də məğlub olduqları matç haqda fikirlərini bildiirb: “İlk növbədə “Qəbələ”ni təbrik edirəm. Bizim qarşımıza qoyulan məqsədlər fərqlidir. Bu oyunda çalışdıq ki, divizionda az oynamaq şansı qazanan futbolçulara etimad göstərək. Bizim üçün yaxşı bir imtahan oldu. Səhvlərimizin üzərində işləməliyik. Futbolçulardan narazılığım yoxdur. Hər şey ideal idi. Meydança da, hakimlik də. Futbolda isə biri qalib olanda, biri də məğlub olmalıdı".(pfl)
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək