Madrid “Atletiko”su yeni şirkətlə forma müqaviləsi imzalayıb. Apasport.az saytı xəbər verir ki, formasının önündə “Land of fire Azerbaijan” yazılan İspaniya klubu formanın arxası üçün də reklam tapıb.
İsrailin onlayn ticarət şirkəti olan Plus500 artıq rəsmən “Atletiko”nun tərəfdaşıdı. Tərəflər arasında 4 aylıq müqavilə imzalanıb. Sazişə görə, Plus500 şirkətinin loqosu cari mövsümün sonuna qədər madridlilərin formasının arxasında olacaq. Bu isə yalnız La Liqa və İspaniya Kral Kuboku matçlarına şamil olunacaq. Buna görə İsrail şirkəti “Atletiko”ya 10 milyon avro ödəyəcək.
Qeyd edək ki, Plus500 şirkəti 2013-cü ilin iyulunda Londonda yaranıb və hazırda 690 milyon funt-sterlinq büdcəyə malikdi.