“Lans”ın prezidenti: Hafiz Məmmədov Rıbolovlev deyil!
21.05.2014 - 15:40
“Lans”ın prezidenti: Hafiz Məmmədov Rıbolovlev deyil!

“Biz Hafiz Məmmədovla fikir mübadiləsi aparmışdıq. O, Madrid “Atletiko”suna 2 qat xeyir verdi. Kluba sponsorluq etdi və komanda İspaniya çempionu oldu”. Apasport.az saytının məlumatına görə, bunu Fransanın “Lans” klubunun prezidenti Jerve Martel deyib.

 

“Bakı”nın prezidenti Hafiz Məmmədovun sahibi olduğu “Lans” yalnız son turda elitaya – Liqa 1-ə vəsiqə qazandı. Bununla bağlı Fransa klubunun prezidenti fikirlərini bildirib.

 

O, Məmmədovun “Monako”nun rusiyalı sahibi Dmitri Rıbolovlev kimi elitada çoxlu pul xərcləməyəcəyini bildirib: “Hafiz “Bollar” stadionundakı son nəticələrdən sonra bir qədər narahatçılıq keçirsə də, bizim elitaya vəsiqə qazanacağımıza inanırdı. Sözsüz ki, mayın 27-də onunla bəzi məsələlərə aydınlıq gətirəcəyik. Biz artıq bəzi büdcə məsələləri üzərində işləmişik. Ancaq ağılsızlıq etməyəcəyik. Məmmədov Dmitri Rıbolovlev deyil! Biz büdcəyə qənaət etməklə yaxşı oyunçuları heyətə cəlb edəcəyik. Məsələn, Bekhem “Lans”a gəlməyəcək!”