“Latsio”dan Klozeyə ultimatum
01.04.2014 - 23:52
“Latsio”dan Klozeyə ultimatum

 

Romanın “Latsio” klubunun rəhbərliyi almaniyalı futbolçusu Miroslav Klozeyə ultimatum irəli sürüb. Apasport.az saytının məlumatına görə, hücumçudan klubla müqaviləsinin uzadılması məsələsində qərara gəlmək tələb olunur.

 

“Qartalların” rəhbəri Klaudio Lotito 35 yaşlı futbolçuya müqavilənin uzadılması ilə bağlı təklif irəli sürüb və hələ bir müddət onu gözləmək niyyətindədir.

 

İki il əvvəl alman futbolçunun kluba keçməsində əsas rolu oynayan “Latsio”nun idman direktoru İqli Tari Klozenin hər şeydən xəbərdar olduğunu bildirib: “O bilir ki, klub onunla işləməkdə maraqlıdır. Lotitonun gələcək strategiyası da Klozenin qərarından asılıdır. Alman futbolçu müqaviləni uzatmaqdan imtina etsə, Lotito yeni oyunçular üçün əlini cibinə atmalı olacaq”.

 

Qeyd edək ki, Kloze bu mövsüm İtaliya çempionatında 22 oyun keçirib və 7 qol vurub.