“Latsio”nun braziliyalı futbolçusu 6 aylıq sıradan çıxdı
22.01.2014 - 03:55
“Latsio” klubu ciddi itki ilə üzləşib. Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, İtaliya təmsilçisinin futbolçusu Onorato Ederson zədələnib.
Belə ki, 28 yaşlı yarımmüdafiəçi A Seriyası çərçivəsində keçirilən “Udinenze” ilə matçda (19 yanvar) budundan xəsarət alıb. Komanda həkimlərinin verdiyi məlumata görə, Ederson 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, braziliyalı futbolçu 2012-ci ildə Fransanın “Lion” klubundan “Latsio”ya keçib.
0
0