“Lester”dən rekord transfer
07.07.2016 - 18:48
Moskva MOİK-inin hücumçusu Ahmed Musa karyerasını İngiltərədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, nigeriyalı oyunçu “Lester”lə anlaşıb.
BBC-nin iddiasına görə, 23 yaşlı futbolçu artıq tibbi baxışdan keçmək üçün İngiltərəyə yollanıb. Onun üçün ingilislər ruslara 16 milyon funt-sterlinq ödəyəcək. Bu isə “tülkülər”in tarixində transferə xərcələnəcək rekord məbləğ olacaq.
Qeyd edək ki, 2012-ci ildən MOİK-in şərəfini qoruyan Musa ümumilikdə 168 oyunda 54 qola imza atıb.
0
0