“İlk hissədə qol vursaq da, mən daha çox ikinci hissədən razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov deyib.
Gənc çalışdırıcı Topaz Premyer Liqasının IV turunun “Araz Naxçıvan”la ev oyunundakı 1:0 hesablı qələbəyə şərh verib: “Qələbə qazandıq. Düşünürəm ki, bu oyunda azarkeşlər bizə çox yardım etdilər. Uduzanda da, udanda da bizim yanımızdadırlar. Bu oyunu unudub qarşıdakı matçlara hazırlaşmalıyıq. Turnir cədvəlinin lideriyik. İndiki məqamda bunu təsadüf yox, reallıq kimi qəbul etməliyik. Məqsədimiz çempionluq yox, ötənilki ilə müqayisədə daha yaxşı nəticə qazanmaqdır”.
Mənbə: pfl.az