“Liverpul” belçikalı futbolçu üçün 32.5 milyon funt təklif etdi
16.07.2015 - 20:02
“Liverpul” belçikalı futbolçu üçün 32.5 milyon funt təklif etdi

Hücum xəttini gücləndirmək istəyən “Liverpul” “Aston Villa”nın hücumçusu Kristian Benteke ilə yaxından maraqlanır. Apasport.az saytının goal.com-a istinadən məlumatına görə, mersisaydlılar belçikalı hücumçu üçün 32.5 milyon funt-sterlinqdən keçməyə hazırdılar.

 

Rahim Sterlinqi “Mançester Siti”yə satan və bu keçiddən 49 milyon funt gəlir əldə edən “qırmızılar” bu vəsaitlə komandanın çatışmayan bölgələrinə yeni oyunçular cəlb etmək fikrindədi.

 

“Asto Villa”nın baş məşqçisi Şervud isə oyunçularını buraxmaq istəmədiklərini və ona ehtiyacları olduğunu deyib.

 

Qeyd edək ki, 24 yaşlı hücumçu ötən mövsüm meydana çıxdığı 35 oyunda 16 dəfə fərqlənib.