“Liverpul” Cerardın əvəzləyicisini tapıb
11.07.2015 - 23:15
“Liverpul” Cerardın əvəzləyicisini tapıb

İngiltərənin “Liverpul” klubu “İnter”nin yarımmüdafiəçisi Qari Medeli transfer etmək istəyir. Apasport.az saytının “Eurosport”a istinadən məlumatına görə, mersisaydlılar Çili ilə Kopa Amerika çempionu olan futbolçunu Amerikaya yollanan Stiven Cerardın əsas əvəzləyicisi kimi görürlər.

 

“Qırmızılıar” 27 yaşlı futbolçu üçün Milan klubu ilə danışıqlara başlamağa hazırlaşır.

 

Qeyd edək ki, Medel 2014-cü ildən “skuadra adzurra”nın formasını geyinir. O, milanlılarla 31 oyunda meydana çıxıb.

 

Yarımmüdafiəçi Çilli millisi ilə isə 80 oyun keçirib və 7 dəfə fərqlənib.