“Liverpul” Koutinyo ilə yeni müqavilə imzalayacaq
23.01.2015 - 18:54
“Liverpul” Koutinyo ilə yeni müqavilə imzalayacaq

“Liverpul” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Filipp Koutinyo ilə yeni müqavilə imzalamağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, tərəflər ortaq məxrəcə artıq gəliblər.

 

Braziliyalı yarımmüdafiəçinin “mersisaydlılar”la 2018-ci ilə qədər sözləşməsi olsa da, baş məşqçi Brendan Rocers onunla yeni müqavilənin imzalanmasını tələb edib. Təcrübəli çalışdırıcı bununla Koutinyoya dəyər verdiyini göstərib.

 

Qeyd edək ki, Koutinyo 2013-cü ildən “Liverpul”un formasını geyinir. O, İngiltərə klubunun heyətində ümumilikdə 78 oyunda iştirak edib və 10 qol vurub.