“Liverpul” müdafiəçisini ispan klubuna göndərdi
20.01.2014 - 21:05
“Liverpul”un futbolçusu Tiaqu İlori karyerasının İspaniya La Liqasında davam etdirəcək. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.
Belə ki, 20 yaşlı müdafiəçi “Qarnada” ilə anlaşıb. O, cari mövsümün sonuna qədər yeni komandasında icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandasında da çıxış edən İlori ötən il ölkəsinin “Sportinq” klubundan İngiltərə təmsilçisinə keçib.
0
0