“Liverpul” uruqvaylı futbolçusunu klubdan göndərdi
21.01.2014 - 20:57
“Liverpul”un uruqvaylı futbolçusu Sebastyan Koates karyerasının ölkəsində davam etdirəcək. Apasport.az saytı İngiltərə mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi sabiq klubu “Nasyonal”la anlaşıb.
Belə ki, o, cari mövsümün sonuna qədər yeni komandasında icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Koates 2011-ci ildə “Nasyonal”dan “Liverpul”a keçib. O, zədə səbəbindən bu mövsüm “qırmızılar”ın formasını geyə bilməyib.
0
0