Çempionlar Liqasının qrup mərhələsində 3-cü yeri tutub, Avropa Liqasına keçən 8 klub səbətlərə bölünüb. Apasport.az saytının məlumatına görə, “səkkizlik”dən yarısı 1-ci, digər yarısı 2-ci səbətə daxil edilib.
Bölgü klubların qrup mərhələsindəki nəticələrə əsasən aparılıb. Ən yaxşı 4 komanda Avropa Liqasının qrup qalibləri ilə eyni səbətə daxil edilib. Digər 4 klub isə ikincilərlə eyni səbətdə yer alacaq.
Avrokuboklardakı yeganə Azərbaycan təmsilçisi “Qarabağ” qrup mərhələsini adlasa, dekabrın 15-də keçiriləcək 1/16 finalın püşkü zamanı 2-ci səbətdə yer alacaq. Çünki çempionumuz 2-ci pilləni qorumaq şanslarına malik olsa da, qrupumuzun qalibi adını İtaliya İnter”i əldə edib.
Bu isə o deməkdi ki, Ağdam klubu mərhələ keçsə, 15 potensial rəqibindən 4-ü Çempionlar Liqasından gələnlər olacaq. Bunlar isə 8 uğursuzun ən yaxşıları – I səbətdə yer alanlardı. “Ayaks”, “Liverpul”, “Anderlext” və “Roma” 2-ci səbətə daxil ediləcəyindən onların “Qarabağ”a 1/16 finalda rəqib olması və Bakıya gəlməsi mümkün deyil.
Əvəzində isə “Olimpiakos”, “Sportinq “, “Atletik” və “Zenit” isə təmsilçimizlə görüşə bilər.
I səbət
“Olimpiakos” (Yunanıstan)
“Sportinq” (Portuqaliya)
“Atletik” (İspaniya)
“Zenit” (Rusiya)
II səbət
“Ayaks” (Hollandiya)
“Liverpul” (İngiltərə)
“Anderlext” (Belçika)
“Roma” (İtaliya)
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı