Sabah 15 yaşadək futbolçular arasında keçirilən ənənəvi “Qəbələ kuboku”na start veriləcək. Apasport.az saytının məlumatına görə, “Qəbələ” İdman Klubunun təşkil etdiyi beynəlxalq yarış 3-cü dəfə keçiriləcək.
Əvvəlki illərdə olduğu kimi yenə 8 komanda 4 gün ərzində ən güclünü müəyyənləşdirəcək. Bu dəfə də ölkəmizi meydan sahibi “Qəbələ” ilə yanaşı, daha bir komanda təmsil edəcək. Bu dəfə yarışa “Neftçi” qatılacaq.
Ölkəmizin qonaqları isə “Liverpul” (İngiltərə), “Fənərbaxça” (Türkiyə), “Anderlext” (Belçika), “Rapid” (Avstriya), “Lokomotiv” (Rusiya), “Udineze” (İtaliya) komandaları var. Bu komandaların hamısı ilk dəfə Qəbələ kubokuna qatılır.
Qeyd edək ki, A qrupunda mübarizə aparacaq "Qəbələ" Türkiyə, İtaliya və İngiltərə təmsilçiləri ilə görüşəcək. “Neftçi” isə B qrupunda Avstriya, Rusiya və Belçika klubları ilə üz-üzə gələcək. Turnirin ilk 2 qalibi “Qalatasaray” və “Porto” iştirakçılar sırasında olmadığından kubokun yeni sahibi müəyyənləşəcək.
Turnirin təqvimi
|
Oyunlar |
Meydança |
Tarix/Saat |
|
1. Qəbələ - Udeneze |
Natura |
29 may/10:00 |
|
2. Rapid - Anderlext |
Jalə |
29 may/10:00 |
|
3. Fənərbaxça - Liverpul |
Natura |
29 May/11.30 |
|
4. Neftçi - Lokomotiv |
Jalə |
29 May/11.30 |
|
Açılış mərasimi |
Akademiya stadionu |
29 May/18.00 |
|
5. Qəbələ - Fənərbaxça |
Akademiya stadionu |
29 May/19.00 |
|
6. Rapid - Neftçi |
Jalə |
29 May/19.00 |
|
7. Udineze - Liverpul |
Jalə |
29 May/20.30 |
|
8. Anderlext - Lokomotiv |
Natura |
29 May/20.30 |
|
9. Qəbələ - Liverpul |
Jalə |
30 May/10.00 |
|
10. Rapid - Lokomotiv |
Natura |
30 May/10.00 |
|
11. Fənərbaxça - Udineze |
Jalə |
30 May/11.30 |
|
12. Neftçi - Anderlext |
Natura |
30 May/11.30 |
|
13. A3-B4 |
Jalə |
30 May/21.00 |
|
14. B3-A4 |
Natura |
30 May/21.00 |
|
15. A1-B2 |
Natura |
30 May/18.30 |
|
16. B1-A2 |
Natura |
30 May/19.40 |
|
17. M13-M14 |
Jalə |
1 İyun/10.00 |
|
18. Q13-Q14 |
Natura |
1 İyun/10.00 |
|
19. M15-M16 |
Akademiya stadionu |
1 İyun/15.00 |
|
20. Q15-Q16 |
Akademiya stadionu |
1 İyun/18.30 |
|
Bağlanış mərasimi |
Akademiya stadionu |
1 İyun/20.00 |