“Liverpul”un baş məşqçisi: Hakimlik düzəlsə, Qəbələdəki turnir əla vəziyyətdədir
01.06.2014 - 13:02
“Liverpul”un baş məşqçisi: Hakimlik düzəlsə, Qəbələdəki turnir əla vəziyyətdədir

 

“Biz bu turnirə dəvət olunduğumuz üçün zövq aldıq. Toni Adams vasitəsilə bu turnirə dəvət almışıq. Azərbaycana ilk səfərimizdir. Qəbələdə keçirilən bu turnir yüksək səviyyədədir”. Bunu apasport.az saytına açıqlamasında “Liverpul”un 15 yaşadək futbol komandasının baş məşqçisi Desmond Con Maher bildirib.

 

III Qəbələ Kubokunda bu gün “Udineze”yə məğlub olan “Liverpul” turniri VI pillədə başa vurub. Bununla belə, Maher turnirin gedişatından razı qalıb.

 

Ancaq Maherin narazı qaldığı məqam da olub: “Burda hər şeydən razıyıq. Hər şey ideal vəziyyətdədir. Ancaq hakimliyi bəyənmədim. Biz qrupdan yarımfinala çıxmağa layiq idik. Konkret olaraq “Qəbələ” ilə 2:2 oynadığımız qrupun son görüşündə hakimlər bərbad idi. Olmayan penaltini qapımıza verdilər. Üstəlik, bir qolumuz oyundankənar vəziyyət kimi qiymətləndirildi. Bunlar düzəlsə, bu turnir əla vəziyyətdədir”.

 

Səbuhi TOFİQOĞLU