“Liverpul”un keçmiş futbolçusu türk klubunda
26.12.2015 - 23:20
“Liverpul”un keçmiş futbolçusu türk klubunda

“Liverpul” və “Barselona”nın keçmiş üzvü Luis Qarsiya “Antalyaspor”la anlaşıb. Apasport.az saytının məlumatına görə, bir zamanların məşhur futbolçusu Super Liqa təmsilçisinin baş məşqçisi olacaq.

 

Yusuf Şimşəkdən sonra komandaya müvəqqəti olaraq Samuel Eto nəzarət etsə də, Qarsiya artıq vakant posta sahib çıxıb.

 

2014-cü ildə karyerasını bitirən ispan futbol adamının son klubu “Atletiko Kəlküttə” olmuşdu.