“Liverpul”un vitse-kapitanı 80 minlik təklifə “yox” dedi
08.03.2015 - 16:19
“Liverpul”un vitse-kapitanı 80 minlik təklifə “yox” dedi

“Liverpul”un vitse-kapitanı Cordan Henderson rəhbərliyin təklif etdiyi yeni müqaviləsini geri çevirib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçu “qırmızılar”la razılığa gələ bilməyib.

 

Ötən ilin noyabırından başlayan danışıqlarda hələ ki, tərəflər istədiklərinə nail olmayıblar. Klub Hendersona həftədə 80 min avro əmək haqqı nəzərdə tutsa da, o, bu təklifi rədd edib.

 

Qeyd edək ki, 2011-ci ildən “Liverpul” forması geyinən Cordan Hendersonun müqaviləsi 2016-cı ilin yayında başa çatacaq.