“Lokomotiv” rəhbərliyi “Fənərbaxça” ilə neytral meydanda qarşılaşmaq haqda düşünür
14.12.2015 - 18:44
“Lokomotiv” rəhbərliyi “Fənərbaxça” ilə neytral meydanda qarşılaşmaq haqda düşünür

Avropa Liqasının 1/16 final mərhələsinin “Fənərbaxça” (Türkiyə) - “Lokomotiv” (Rusiya) oyunu neytral meydanda keçirilə bilər. Apasport.az saytının məlumatına görə, bunu Moskva klubunun idman direktoru Kirill Kotov açıqlayıb.

 

O bildirib ki, iki ölkə arasında münasibətlər üzündən qarşılaşmanın neytral meydanda keçirilməsi variantı götür-qoy edilir: “Püşkün nəticəsini dəyişə bilmərik. Bu üzdən klub rəhbərliyi qarşılaşmanın neytral meydanda baş tutmasını da götür-qoy edir. Lakin böyük ehtimalla görüş Türkiyədə keçiriləcək. Düşünürəm ki, hər şey qaydasında olacaq”.

 

Qeyd edək ki, “Fənərbaxça” və “Lokomotiv” arasında ilk oyun fevralın 16-da İstanbulda, cavab qarşılaşması 25-də Moskvada keçirilməlidi.