“Lokomotiv”in futbolçusu “İnter”lə danışıqlara başladı
24.12.2014 - 21:25
“Lokomotiv”in futbolçusu “İnter”lə danışıqlara başladı

Rusiya “Lokomotiv”inin sabiq yarımmüdafiəçisi Lassana Diarra gələn il İtaliya A seriyasında çıxış edəcək. Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu ilə Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “İnter” yaxından maraqlanır.

 

İtaliya mətbuatı iddia edir ki, fransalı oyunçu artıq Milan klubu ilə danışqılara başlayıb. Diarranın keçidinə baş məşqçi Roberto Mançini də razıdı. Təcrübəli mütəxəssis bu haqda rəhbərliyə məlumat verib.

 

Hətta tərəflər müəyyən qədər razılığa da nail olublar.

 

Qeyd edək ki, Diarra ötən ilin avqustunda "Lokomotiv"in məşqçilər heyəti ilə münaqişədən sonra Rusiya təmsilçisindən ayrılıb. Daha sonra Moskva klubu müqavilənin müddətini birtərəfli qayda pozub. Azad agent statusunda olan Diarra “Lokomotiv”dən UEFA-ya şikayət edib.