“Mançester Yunayted” futbol klubunun canlı əfsanəsi Rayan Qiqqzin taleyi yaxın zamanlarda həll olunacaq. Apasport.az saytının məlumatına görə, şotlandiyalı baş məşqçi Devid Moyes hələlik onun növbəti mövsümdə komandada qalıb-qalmayacağı ilə bağlı qərar qəbul etməyib.
Moyes may ayında 40 yaşlı Qiqqzin müqaviləsinin uzadılması məsələsini müzakirə etmək niyyətindədir. Bu mövsüm İngiltərə çempionatında 11 oyun keçirən Qiqqz hazırda komandanın oynayan məşqçisidir.
Qeyd edək ki, Qiqqz “Mançester Yunayted”in heyətində ilk oyununu İngiltərə Premyer-Liqasının təsis edilməsindən öncə – 1991-ci il martın 2-də keçirib.