“Mançester Siti” ÇL-nin qalibi adına namizədlərdən biridi”
24.02.2015 - 22:25
“Mançester Siti” ÇL-nin qalibi adına namizədlərdən biridi”

“Düşünürəm ki, “Mançester Siti” Çempionlar Liqasının qalibi adına namizədlərdən biridi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın hücumçusu Luis Suares deyib.

 

Kataloniya klubunun futbolçusu Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Mançester Siti” ilə keçiriləcək ilk oyunöncəsi fikirlərini bölüşüb: “Kimsə buna şübhə etməsin. Çünki komandanın son nəticələri bunu göstərir. Heyətində dünya səviyyəli oyunçuları olan “şəhərlilər” İngiltərə çempionatında mübarizə aparır. Onlar sona qədər vuruşacaqlar. Biz "Mançester Siti"nin güclü tərəflərini öyrənmişik. Onların orta xətti çox güclüdü. Lakin rəqibin yarımümdafiə və müdafiədəki çatışmazlıqlarını araşdırmışıq. Biz bundan istifadə etməyə çalışacağıq”.

 

Qeyd edək ki, “Mançester Siti” - “Barselona” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.