“Mançester Siti” Messidən əl çəkmir
06.03.2014 - 16:37
“Mançester Siti” Messidən əl çəkmir

“Mançester Siti” “Barselona”nın lideri Lionel Messini transfer etməkdə israrlıdır. Apasport.az “El Confidencial”a istinadən xəbər verir ki, İngiltərə klubu argentinalı hücumçu üçün Kataloniya təmsilçisinə 200 milyon avro ödəməyə hazırdır.

 

Messinin özünə isə illik 25 milyon avro məvacibin nəzərdə tutulduğu müqavilə təklif ediləcək.

 

Qeyd edək ki, Messinin “Barselona” ilə mövcud müqaviləsinin müddəti 2018-ci ilədəkdir. Bu keçid baş tutarsa, futbol tarixinin ən bahalı transferi olacaq.