“Mançester Siti” Pelleqrininin yerinə yeni baş məşqçi tapdı
10.02.2015 - 13:55
“Mançester Siti” Pelleqrininin yerinə yeni baş məşqçi tapdı

İngiltərə Premyer Liqasında işləri yolunda getməyən “Mançester Siti” artıq liderdən xeyli aralı düşüb. Apasport.az saytı xəbər verir ki, çempionluq şansı turdan-tura azalan “şəhərlilər” baş məşqçi Manuel Pelleqrinidən razı deyillər.

 

Mövsümün sonunda Pelleqrini ilə yollarını ayırmağı planlaşdıran Mançester təmsilçisinin baş məşqçi postuna bir nömrəli namizədi “Atletiko”nun çalışdırıcısı Dieqo Simeonedi. Pep Qvardiola və Karlo Ançelottinin klublarında qalacağı açıqlandığından, Simeone hələlik yeganə namizəddi. Dortmund “Borussiya”sının bu mövsümdəki uğursuz çıxışına görə, “Mançester Siti” Yurgen Kloppun da gəlişinə müsbət yanaşmır.

 

Qeyd edək ki, İngiltərə Premyer Liqasında hazırda lider “Çelsi”dən 7 xal geridə olan “Mançester Siti” digər iki kubok yarışında da mübarizəni dayandırıb.