“Mançester Siti”də Aquero şoku
31.01.2014 - 19:44
“Mançester Siti”də Aquero şoku

“Mançester Siti”nin təcrübəli hücumçusu Serxio Aquero növbəti oyunlarda komandasına kömək edə bilməyəcək. Apasport.az saytının xəbərinə görə, bu barədə ingilis klubunun baş məşqçisi Manuel Pelleqrini yerli mətbuata açıqlamasında məlumat verib.

 

Permyer Liqadakı son “Tottenhem” matçında zədələnən 25 yaşlı futbolçunun vəziyyətinə aydınlıq gətirilib. Argentinalı forvard 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Bununla da, o, Çempionlar Liqasının 1/8 final mərhələsindəki “Barselona” ilə ilk matçda komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, Argentina millisinin də üzvü olan Aquero 2011-ci ildə Madrid “Atletiko”sundan “şəhərlilər”ə keçib.