“Mançester Siti”də Yaya Ture böhranı
21.05.2014 - 03:30
“Mançester Siti”də Yaya Ture böhranı

 

“Mançester Siti”nin çempionluğunda böyük payı olan kapitan Yaya Ture komandadan ayrılmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçunun agenti Dmitri Selyuk bildirib.

 

Selyuk elan edib ki, komanda Yaya Turenin doğum gününü təbrik etməyərək, ona qarşı hörmətsizlik göstərib: “Yaya Ture “Mançester Siti”ni tərk etməyə hazırdır”.

 

Yaya Ture agentinin sözlərini təsdiq edib: “Dmitrinin dediyi sözlər həqiqətdir. O, mənim əvəzimə danışıb. Mən öz mövqeyimi dünya çempionatından sonra izah edəcəyəm”.

 

Bəzi məlumatlara görə, Ture “Barselona”da oynamaq istəyir və artıq Kataloniya klubundakı dostları ilə bu barədə danışıb. O, “Barselona”da daha az pula oynamağa da hazırdır.