“Mançester Siti”dən 30 milyonluq transfer
07.01.2015 - 18:55
“Mançester Siti”dən 30 milyonluq transfer

Bu mövsüm hücum xəttində ciddi problemlər yaşayan “Mançester Siti” bu mövqeni gücləndirib. Apasport.az xəbər verir ki, Serxio Aquero, Edin Dzeko və Stevan Yovetiçin tez-tez zədələnməsi “şəhərlilər”i yeni hücumçu almağa vadar edib.

 

Manuel Pelleqrininin komandası “Svensi”nin hücumçusu Vilfred Boninin artıq heyətinə qatıb. Kot d’ivuarlı forvardın keçidi mançesterlilərə 30 milyon funt-sterlinqə başa gəlib. Yeni klubunda həftəlik məvacibi 75 min funt-sterlinq olacaq Boni Afrika Millətlər Kuboku başa çatdıqdan sonra “Mançester Siti”nin düşərgəsinə qoşulacaq.

 

Qeyd edək ki, “Svensi” Vilfred Bonini 2013-cü ildə “Vitess”dən 12 milyon funt-sterlinqə transfer etmişdi.