“Mançester Siti”nin futbolçusu ölkə prezidenti olmaq istəyir
17.02.2016 - 22:21
“Mançester Siti”nin futbolçusu ölkə prezidenti olmaq istəyir

“Mançester Siti”nin solcinah müdafiəçisi Aleksandr Kolarov azarkeşlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, klubun yutub kanalı vasitəsilə yayımlanan virtual müsahibə zamanı o, bir sıra maraqlı fikirlər səsləndirib.

 

Həmyerlisi Novak Cokoviç haqqında danışan Aleks onu “böyük adam” adlandırıb.

 

Bir azarkeşin “gələcəkdə öz ölkəndə prezident olmaq istərdinmi?” sualına isə Kolarov belə cavab verib: “Hazırda elə bir fikrim yoxdu, ancaq ola bilər. Düşünürəm ki, serbiyalılar məni özlərinə lider seçə bilərlər”.