“Mançester Siti”nin futbolçusu qayıtdı
12.02.2015 - 20:15
“Mançester Siti”nin futbolçusu qayıtdı

“Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Ture İngiltərəyə qayıdıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu ölkəsi Fil Dişi Sahili yığması ilə Afrika Millətlər Kubokunu qazandıqadan sonra ilk dəfə “şəhərlilər”in düşərgəsinə gəlib.

 

Ture ingilis klubunun bugünkü məşqində iştirak edib.

 

Qeyd edək ki, Fil Dişi Sahili millisi finalda Qana ilə üz-üzə gəlib. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə “fillər” daha güclü olub - 9:8.