“Mançester Siti”nin oyunu təxirə salındı
12.02.2014 - 23:33
Bu axşam İngiltərə Premyer Liqası çərçivəsində keçirilməsi planlaşdırılan “Mançester Siti” – “Sanderlend” matçı təxirə salınıb. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, bu addımın atılmasına əlverişsiz hava şəraiti səbəb olub.
Belə ki, İngiltərənin şimalında şiddətli külək və yağmurla müşaiyət olunan əlverişsiz hava şəraiti artıq Mançester şəhərinə də çatıb. Görüşün baş tutacağı “Etihad” stadionuna baxış keçirən baş hakim Li Probert matçı təxirə salıb.
0
0