Kot d’İvuar millisinin heyətində Afrika Millətlər Kubokunda iştirak edən Yaya Ture klubunu dəyişə biləcəyini istisna etməyib. Apasport.az xəbər verir ki, ulduz futbolçu yerli mətbuata açıqlamasında mövsümün sonunda “Mançester Siti”dən ayrıla biləcəyini söyləyib.
Ture bu məsələyə mövsümün sonunda aydınlıq gətirəcəyini deyib: “Bu, çox sadə sualdı. Əslində cavabı da sadədi: gözləyib, görəcəyik. Yeni mövsümdən yeni macəra barədə düşünə bilərəm. Yalnız onu deyə bilərəm ki, futbol oynamaqdan zövq alıram”.
Qeyd edək ki, Yaya Ture bir müddət əvvəl də “Mançester Siti” rəhbərliyinə müqaviləsinin artırılmalı olduğu mesajını göndərmişdi.