“Mançester Siti”nin yarımmüdafiəçisi zədələndi
22.01.2015 - 00:06
“Mançester Siti”nin yarımmüdafiəçisi zədələndi

“Mançester Siti”nin heyətində ciddi itki baş verib. Apasport.az saytının məlumatına görə, “şəhərlilər”in yarımmüdafiəçisi Frenk Lempard zədələnib.

 

Belə ki, ötən gün BƏƏ-də keçirilən “Hamburq”la yoldaşlıq görüşündə 36 yaşlı futbolçunun ombasında ağrılar əmələ gəlib. Lempardın İngiltərə kubokunun 1/16 final mərhələsi çərçivəsində baş tutacaq “Midlsbro” ilə oyuna çıxıb-çıxmayacağı sual altındadı.

 

Qeyd edək ki, “Mançester Siti” - “Hamburq” matçı 2:0 hesabı ilə ingilis klubunun qələbəsi ilə başa çatıb. Premyer Liqa təmsilçisin heyətində Stefan Yovetiç və Edin Dzeko fərqlənib.