“Mançester Yunaytedin keçmiş baş məşqçisi barda dava salıb
23.05.2014 - 19:37
“Mançester Yunaytedin keçmiş baş məşqçisi barda dava salıb

 

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Devid Moyes polis tərəfindən dindirilib. Apasport.az saytının məlumatına görə, o, Lankşirdəki barlardan birində 23 yaşlı gənc döyməkdə şübhəli bilinir.

 

Polisin rəsmi açıqlamasında bildirilir ki, 51 yaşlı şotlandiyalı mütəxəssis axşam saat 10 radələrində dostu ilə barda olarkən 23 yaşlı Coşua Cillibrendlə mübahisə edib. Moyes arxasında oturduğu masanı çevirib və bara girişdə kiçik qarşıdurmada iştirak edib. Məşqçi bununla “Mançester Yunayted”də işi ilə bağlı təhqiramiz ifadəyə reaksiya verdiyini iddia edib. Polis heç kimi həbs etməyib və ancaq dindirmə ilə kifayətlənib.

 

“Mançester Yunayted” Devid Moyesin başçılığı altında İngiltərə çempionatında yeddinci yeri tutub və avrokuboklardan kənarda qalıb. Moyes çempionatın sonuna 4 tur qalmış istefaya göndərilib.