“Mançester Yunayted” 7 futbolçu ilə vidalaşır
27.05.2014 - 22:56
“Mançester Yunayted” klubunun rəhbərliyi komandada böyük dəyişikliyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, yayda komandanı 7 futbolçunun tərk edəcəyi gözlənilir.
Komandadan gedəcək namizədlər arasında Anderson, Luiş Nani, Eşli Yanq, Maruana Fellaini, Vilfred Zax, Tom Kleverli və Havyer Ernandesin adları çəkilir. Qeyd edək ki, bundan əvvəl komandanı Nemanya Vidiç və Rio Ferdinand tərk edib. Rayan Qiqqz isə karyerasını başa vuraraq, komandanın məşqçilər korpusunda işə keçib.
0
0