“Mançester Yunayted” Braziliya millisinin hücumçusuna göz dikib
09.03.2015 - 12:14
“Mançester Yunayted” yay fasiləsində heyətini daha da gücləndirməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”ın mövsümün sonunda transfer etmək istədiyi futbolçulardan biri də Kenedidi.
Hazırda “Fluminense”nin formasını geyinən 19 yaşlı hücumçunun keçidi üçün ingilislər 5,7 milyon funt-sterlinqlərindən keçməyə hazırdılar. Braziliyanın U-20 millisinin üzvü ilə həmçinin “Barselona”, “Milan”, “İnter” və “Şaxtyor” da maraqlanırlar.
Qeyd edək ki, Robert Kenedi Nunes “Fluminense”də keçirdiyi 30 oyunda 2 qola imza atıb.
0
0