“Barselona”nın braziliyalı müdafiəçisi Daniel Alveş karyerasını İngiltərə çempionatında davam etdirməyə çox yaxındı. Apasport.az saytının məlumatına görə, “Çelsi” və “Arsenal”ın ardınca, “Mançester Yunayted” də 32 yaşlı futbolçuya “elçi düşüb”.
“Mankunianlar”ın baş məşqçisi Lui van Qal müdafiənin sağ cinahının gücləndirilməsini istəyib. Holland çalışdırıcı həmin mövqeyə məhz Alveşin alınmasını tələb edir. Təcrübəli futbolçu ən geci yayda azad agent kimi İngiltərəyə köçə bilər. Çünki onun “Barselona” ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Alveş 2008-ci ildən “Barselona”nın formasını geyinir. O, Kataloniya klubunun heyətində bu vaxta qədər 319 oyunda 20 qol vurub.