“Mançester Yunayted” De Xeaya əvəzləyici tapdı
05.08.2015 - 16:30
“Mançester Yunayted” De Xeaya əvəzləyici tapdı

“Tottenhem”in qapıçısı Uqo Lloris karyerasını “Mançester Yunayted”də davam etdirə bilər. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, “qırmızı şeytanlar” fransız qolkiperin keçidi üçün qarşı tərəflə danışıqlara başlayıb.

 

Ancaq onun transferi David De Xeadan asılıdı. Belə ki, “Real”ın maraqlandığı ispaniyalının keçidi bu həftə reallaşa bilər. Çünki “Mançester Yunayted” De Xeanı 30 milyon avroya “Real”a satmağa razılıq verib. Bunu nəzərə alan “mankunianlar” indidən Llorisin razılığını almağa çalışırlar. Bu həftə hər iki qolkiperin klubunu dəyişməsi gözlənilir.

 

Qeyd edək ki, Uqo Lloris “Tottenhem”ə 2012-ci ildə “Lion”dan keçmişdi.