“Mançester Yunayted” Di Maria ilə şəxsi müqaviləni razılaşdırıb
11.07.2014 - 22:45
“Mançester Yunayted” Di Maria ilə şəxsi müqaviləni razılaşdırıb

 

“Real Madrid”in futbolçusu Anxel Di Maria bu mövsüm komandanı tərk edəcək. Apasport.az saytının məlumatına görə, onun “Mançester Yunayted”ə keçəcəyi gözlənilir.

 

“The Metro”nun verdiyi xəbərə görə, argentinalı futbolçu artıq “qırmızı şeytanlarla” əmək müqaviləsi ilə bağlı razılaşma əldə edib. Bu razılaşmaya görə, Di Mariya Mançesterdə həftədə 150 min funt alacaq. Bundan sonra onun keçidi ilə bağlı klublar arasında danışıqlar başlayacaq.

 

Qeyd edək ki, Fransanın PSJ və “Monako” klubları da Di Mariannı sıralarına qatmaq istəyirlər.