“Mançester Yunayted”dən dünya çempionu üçün 60 milyonluq təklif
27.12.2014 - 11:32
“Mançester Yunayted”dən dünya çempionu üçün 60 milyonluq təklif

“Mançester Yunayted” Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummelsin transferində israrlıdı. Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” Almaniya yığmasının üzvü üçün növbəti dəfə qarşı tərəfin qapısını döyüb.

 

Hummelsi qış fasiləsində transfer etməyi planlaşdıran “mankunianlar” Bundesliqa təmsilçisinə 60 milyon avro təklif edib. Bu məbləğ isə onsuz da hazırda pis günlərini yaşayan “Borussiya” üçün göydəndüşmə olar. Ancaq dortmundlular bu məsələ ilə bağlı hələ yekun qərar verməyiblər.

 

Qeyd edək ki, “Mançester Yunayted”in bossları qışda ediləcək transferlər üçün 100 milyon funt-sterlinqdən çox pul ayırıblar.