“Mançester Yunayted” müdafiəçisi ilə müqavilənin müddətini uzatdı
10.02.2015 - 20:41
“Mançester Yunayted” müdafiəçisi ilə müqavilənin müddətini uzatdı

“Mançester Yunayted” müdafiəçisi Patrik Makneyrlə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” Şimali İrlandiyanın U-21 millisinin üzvü ilə 2017-ci ilə qədər “nigah” bağlayıb.

 

İmzalanma mərasimində “Mançester Yunayted”in baş məşqçisi Lui van Qal da iştirak edib.

 

Qeyd edək ki, ingilis klubun yetirməsi olan Makneyr ilk dəfə cari mövsümdə hollandiyalı mütəxəssisin rəhbərliyi altında forma geyinib. O, 10 görüşdə meydana çıxıb.