“Mançester Yunayted” Runi ilə müqaviləni yeniləyir
28.01.2014 - 22:58
“Mançester Yunayted” Runi ilə müqaviləni yeniləyir

“Mançester Yunayted” ulduz futbolçusu Ueyn Runi ilə müqaviləni yeniləməklə bağlı razılığa gəlib. Apasport.az saytının məlumatına görə, bu barədə “Talksport” xəbər yayıb.

 

Yazılanlara görə, 28 yaşlı hücumçu ilə müqavilənin müddəti 2018-ci ilə qədər uzadılacaq. Yeni sözləşmədən sonra Runinin maaşının artacağı və həftədə 300 min funt-sterlinq qazanacağı deyilir.

 

Qeyd edək ki, İngiltərə millisinin də üzvü olan təcrübəli forvard 2004-cü ildən “qırmızı şeytanlar”ın formasını geyir. O, cari mövsüm ümumilikdə 23 matça çıxıb və 11 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.