“Mançester Yunayted” transferlərə 250 milyon ayırır
20.05.2014 - 23:58
“Mançester Yunayted” transferlərə 250 milyon ayırır

 

 

“Mançester Yunayted” klubunun rəhbərliyi yeni baş məşqçi Lui van Qalın qarşısında növbəti mövsüm çempion olmaq tapşırığı qoyub. Apasport.az saytının məlumatına görə, hollandiyalı baş məşqçiyə transferlər həyata keçirmək üçün 250 milyon dollar (150 milyon funt) vəsait ayrılacaq.

 

Xatırladaq ki, van Qal “Mançester Yunated”lə mayın 19-da müqavilə imzalayıb. Hollandiyalı məşqçi yeni klubunda iş başına dünya çempionatından sonra keçəcək. Dünya çempionatında isə milli komandanın rəhbəri kimi çalışacaq.