“Mançester Yunayted” və “Çelsi” sensasiyaya imkan vermədi
05.01.2015 - 00:15
“Mançester Yunayted” və “Çelsi” sensasiyaya imkan vermədi

Ötən gün İngiltərə kubokunda 1/32 final mərhələsinin növbəti oyunları keçirilib.  Apasport.az saytının məlumatına görə, azarkeşlər 10 qarşılaşmaya şahidlik ediblər.

 

Bir oyundan ibarət görüşlərdə “Mançester Siti” “Şeffild Uensdey”i 2:1, “Mançester Yunayted” “Yovil Taun”u 2:0, “Çelsi” “Uotford”u 3:0 və “Arsenal” “Hal Siti”ni 2:0 hesabı ilə məğlub edib.

 

Yalnız "Sautqempton" - “İpsviç” görüşü heç-heçə başa çatıb. Bu matçın cavab oyunu isə yanvarın 14-də keçiriləcək.

 

 

İngiltərə kuboku

1/32 final

04 yanvar

KPR – “Şeffild Yunayted” – 0:3

“Sanderlend” – “Lids” – 1:0

“Duvr Atletik” – “Kristal Pelas”– 0:4

“Mançester Siti” – “Şeffild Uensdey” – 2:1

“Stok Siti” – “Reksem” – 3:1

“Aston Villa” – “Blekpul” – 1:0

“Sautqempton” – “İpsviç” – 1:1

“Yovil Taun” – “Mançester Yunayted” – 0:2

“Çelsi” – “Uotford” – 3:0

“Arsenal” – “Hal Siti” – 2:0