“Mançester Yunayted”dən 4-cü rəsmi transfer
13.07.2015 - 13:25
“Mançester Yunayted”dən 4-cü rəsmi transfer

“Mançester Yunayted” “transfer bazarı”ndakı fəallığını davam etdirir. Apasport.az saytı xəbər verir ki, “qırmızı şeytanlar” 4-cü transferi həyata keçirib.

 

Memfis Depay, Matteo Darmain və Bastian Şvaynştaygerdən sonra “Sauthempton”un yarımmüdafiəçisi Morqan Şneyderlin də “mankunianlar”la anlaşıb. Lui van Qalın israrla istədiyi fransalı futbolçunun keçidi mançesterlilərə 25 milyon funt-sterlinqə başa gəlib. Həm o, həm də digər transferlər bu gündən etibarən komandanın ABŞ-dakı təlim-məşq toplanışına qoşulacaqlar.

 

Müdafiə xəttini də gücləndirmək istəyən “Mançester Yunayted”in növbəti hədəfi “Real”ın aparıcı üzvü Serxio Ramosdu.

 

Qeyd edək ki, Şneyderlin “Sauthempton”a 2008-ci ildə “Strasbur”dan 1,2 milyon funt-sterlinqə transfer olunub, bu klubun heyətində 260 oyun keçirib.